Polyanski: “Onlar bu görüşü güclü anti-Rusiya şousuna çevirməyə çalışacaqlar”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bu gün iclas keçirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski məlumat verib.
“İyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın Şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski vurğulayıb.
Polyanski bildirib ki, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək.
“Onlar bu görüşü güclü anti-Rusiya şousuna çevirməyə çalışacaqlar. Amma bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq. Hələlik sürprizləri açıqlamağa dəyməz”, – Polyanski qeyd edib.