Bu gün Binəqədidə qaz kəsiləcək

Xəbərlər

01.09.2023 - 09:44

cedabet dərman SEO Xidməti

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib

Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə AYNA-ya SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A. Zeynallı küçəsində 3ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 1-də saat 10:00-da qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M. S. Ordubadi, M. Aslanov, M. Füzuli və A. Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş