Bu gün Bakıda bir neçə marşrutun hərəkət istiqaməti dəyişəcək

Xəbərlər

26.02.2024 - 06:47

Müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar bu gün müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Müəllif: Ayna.az