Bu ay Suriyada 75 dinc sakin həlak olub

Dünya

23.11.2019 - 08:12

Həkimlər Klinikalar SEO Xidməti

Həlak olanlardan 13-ü uşaq olub 

 

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

 

Bu barədə AYNA "Anadolu" agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, zərbələr nəticəsində 5 dinc sakin həlak olub. Qeyd edilir ki, Suriyanın şimal-qərbində daha əvvəl atılmış təyyarə bombalarının partlaması nəticəsində daha 3 dinc sakin ölüb.

 

Rusiya aviasiyası həmçinin Kefrenbil şəhərinə və Sedje qəsəbəsinə də zərbələr endirib.

 

Məlumata görə, son ayda Suriyanın şimal-qərbinin atəşə tutulması nəticəsində ümumilikdə 75 dinc sakin həlak olub. Onlar arasında 13 uşaq da var.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş