Yeni "dəmir ledi" adlandırılan Liz Truss 81 min 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib
Böyük Britaniyanın yeni Baş naziri bəlli olub. AYNA xarici mediaya istinadən bildirir ki, Liz Truss 81 min 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.
Qeyd edək ki, Trussun rəqibi Rişi Sunak 60 min 399 səs toplayıb.
Xatırladaq ki, Britaniyanın yeni "dəmir ledi"si adlandırılan xanım Truss bundan əvvəl xarici işlər naziri vəzifəsində idi.