Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 99 652 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 15 066 395 nəfərə çatıb.
AYNA-nın məlumata görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 270 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 151 612 nəfərə çatıb.