Britaniyada COVID-19-la bağlı qalan bütün səyahət qaydaları ləğv ediləcək

Dünya

15.03.2022 - 05:43

Həkimlər Klinikalar SEO Xidməti

Dəyişikliklər peyvənd tətbiqi sayəsində mümkün olub

Böyük Britaniyada COVID-19-la bağlı səyahət məhdudiyyətləri martın 18-dən etibarən ləğv ediləcək.

AYNA-nın xəbərinə görə, bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib. Buna görə, Britaniyaya daxil olarkən qeydiyyat anketi və peyvənd olunmamış şəxslərin ölkəyə girişdən iki gün sonra koronavirus testi verməyinə ehtiyac qalmayacaq.

O, bildirib ki, bu dəyişikliklər peyvənd tətbiqi sayəsində mümkün olub. Bununla da Pasxa bayramında insanlar daha rahat şəkildə səyahət edə biləcəklər.

Qeyd edək ki, səyahət qaydaları ləğv olunduqdan sonra Böyük Britaniyada 2020-ci ilin mart ayından etibarən ilk dəfə COVID-19 ilə bağlı hər hansi bir qanun qüvvədə olmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş