Britaniya Ukraynaya qoşun yerləşdirə bilər

Dünya

11.04.2025 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

London Ukrayna ərazisində qoşun yerləşdirmək imkanını nəzərdən keçirir

Böyük Britaniya Ukrayna ərazisində qoşun yerləşdirmək imkanını nəzərdən keçirir. AYNA.AZ xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

London və Parisdə müzakirə olunan plana əsasən, döyüşlərin bərpasının qarşısını almaq üçün çəkindirici vasitə kimi münaqişə həll edildikdən sonra Qərb qoşunları Ukraynaya göndərilə bilər.

Nəşr yazıb ki, Fransa Ukrayna ərazisində Qərbin hərbi kontingentinin olacağı təqdirdə Rusiyanın gələcəkdə hərbi əməliyyata başlamağa risk etməyəcəyinə inanır. Ehtimal olunur ki, Kiyevin hərbi imkanları bərpa edildikdən sonra Qərb qoşunlarının oradan çıxarılması mərhələli şəkildə həyata keçiriləcək.

“Daily Telegraph” əlavə edib ki, London və Parisin rəhbərlik etdiyi “İstəklilər koalisiyası” quru qoşunlarını göndərməklə yanaşı, Ukraynanın hava və dəniz məkanının mühafizəsini təmin etmək niyyətindədir.

Qeyd edək ki, dünən NATO-nun Brüsseldəki mənzil-qərargahında münaqişə həll edildikdən sonra Qərbin Ukraynadakı hərbi missiyasında iştirak etmək istəyən ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş