Braziliyada uşaq bağçasına hücum: <font color=red> ölənlər var</font>

Dünya

05.05.2021 - 01:37

Həkimlər Klinikalar SEO Xidməti

Həmin gün bağçada 30 uşaq olub

 

Braziliyanın Saudadis şəhərində (Santa-Katarina ştatı) 18 yaşlı gənc kustar üsullar düzəltdiyi kəsici silahla uşaq bağçasına hücum edib.

 

AYNA xəbər verir ki, bu barədə “Folha de S. Paulo” qəzeti məlumat dərc edib.

 

Ölkənin Xilasetmə xidmətinin yaydığı xəbərdə bildirilir ki, hücum nəticəsində 2 tərbiyəçi və 3 azyaşlı öldürülüb.

 

Cinayətkar qaçmaq istəyərkən yaxınlıqdakı yerli sakinlər tərəfindən zərərsizləşdirilib. O, intihara cəhd etsə də, qarşısı alınıb.

 

Həmin gün bağçada 30 uşaq olub. İşçilərin sayıqlığı nəticəsində digər uşaqların həyatını xilas etmək mümkün olub. 

 

Hadisə ilə əlaqədar dövlət üç günlük matəm elan edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş