Nazir: "Mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm"
Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, Rişi Sunak bildirib ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmasını gözləyir: “Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm" - deyə o, bildirib.
Səhiyyə naziri Sacid Cavid isə Baş Nazirə ünvanladığı məktubunda deyib: "Böyük təəssüf hissi ilə deməliyəm ki, mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm. Mən instinktiv olaraq komanda oyunçusuyam, lakin Britaniya xalqı da haqlı olaraq hökumətdən dürüstlük gözləyir”.