Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Dünya

30.01.2022 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: “Ən vacib məsələ azadlığın və demokratiyanın qorunmasıdır"

Böyük Britaniya gələn həftə Rusiyaya qarşı sanksiyaları genişləndirəcək. Sanksiyalar siyahısına Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətini dəstəkləyən rus oliqarxlar da daxil ediləcək. AYNA xəbər verir ki, bu barədə “Sky News” telekanalına müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib.

Nazirin sözlərinə görə, Rusiyaya qarşı sanksiya tədbirləri Kremli dəstəkləyən istənilən şirkət və şəxsi əhatə edəcək.

Bu tədbirlərin “Britaniyanın özü üçün maliyyə problemi yarada biləcəyi” barədə suala cavabında isə nazir belə deyib: “Ən vacib məsələ azadlığın və demokratiyanın qorunmasıdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş