Boya fabrikindəki yanğında 4 nəfər xəsarət alıb

Hadisə

05.07.2020 - 00:25

Həkimlər Klinikalar SEO Xidməti

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib

 

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

AYNA xəbər verir ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

 

Hadisə nəticəsində 4 nəfər FHN əməkdaşının xəsarət aldığı bildirilir.

 

FHN Mətbuat xidmətindən verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da hadisə yerindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş