"Borussiya" tarixinin ən bahalı transferini gerçəkləşdiirb

İdman

06.07.2022 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Oyunçu üçün 35 milyon avro təzminat ödənilib

Almaniyanın "Borussiya" (Dortmund) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi Niderland "Ayaks"ından kot d İvuarlı hücumçu Sebastyen Alleni transfer edib.

Fransa vətəndaşlığı da olan 28 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

İddiaya görə, Bundesliqa klubu təcrübəli oyunçu üçün 35 milyon avro təzminat ödəyib ki, bu da klubun tarixində ən bahalı transferdir.

Qeyd edək ki, Sebastyen Alle ötən mövsüm 42 oyunda 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş