Boris Conson istefaya gedir: Baş nazir xalqa açıqlama verəcək

Dünya

07.07.2022 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

Consonun bu gün məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir

Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən istefa vermək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə "ITV News" öz mənbələrinə istinadən məlumat yayıb. 

Consonun bu gün məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

“Bu gün Baş nazir xalqa açıqlama verəcək”, - mənbə bildirib.

Nəşr qeyd edib ki, Mühafizəkarlar Partiyasının liderləri ilə danışıqlardan sonra son günlər böyük təzyiqlərə məruz qalan Consonun məhz belə bir qərarı gözlənilən idi.

Xatırladaq ki, Conson hökumətindən bir neçə gün ərzində 50-dən çox nazirin istefa verməsinə baxmayaraq, ölkənin Baş naziri dünən postunu tərk etməyəcəyini açıqlamışdı.

Conson oktyabrda keçiriləcək seçkidə hakim partiyanın yeni rəhbəri seçilənə qədər Baş nazir vəzifəsini davam etdirəcək.

Qeyd edək ki, Consonun istefasına səbəb seks qalmaqalı olub. Xüsusilə, Mühafizəkarlar Partiyasının sədr müavini Kris Pinçer parlamentdəki həmkarlarını təhqir edib və sərxoş halda barda bir neçə nəfərə sataşıb. İddialara görə, Conson onu vəzifəyə təyin etməzdən əvvəl əxlaqsız davranışından xəbərdar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş