Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Trampın siyasətini bəyənənləri tənqid edib
“Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gəlsə, ABŞ-ı NATO-dan çıxara bilər ki, bu da Alyansın mövcudluğunu təhlükə altına salacaq. Eyni zamanda, bu, ABŞ üçün kabusa çevriləcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
Bolton Trampın siyasətini bəyənənləri tənqid edib. Onun fikrincə, Tramp qərarlar qəbul edərkən əsasən şəxsi mənafeyi əsas götürür.
Qeyd edək ki, 2017-2021-ci illərdə Amerika mediası dəfələrlə Trampın ölkəni NATO-dan çıxmaq istədiyini yazıb. Həqiqətən də Tramp tez-tez NATO və üzvlərini silahlı qüvvələrin inkişafına sərmayə qoymadıqlarına, Vaşinqtondan müdafiəyə ümid etdiklərinə görə tənqid edirdi.