Bolqarıstanın Baş naziri Kiyevə səfər edib

Dünya

26.02.2024 - 14:40

Səfərin təfərrüatları barədə məlumat verilmir

Bolqarıstanın Baş naziri Nikolay Denkovun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevə səfər edib. AYNA xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Nümayəndə heyətinə ədliyyə, ətraf mühit və energetika nazirləri, müdafiə və xarici işlər nazirlərinin müavinləri, həmçinin Müdafiə Nazirliyinin rəhbəri daxildir.

Səfərin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan Parlamenti Ukraynaya zirehli transportyorların tədarükü ilə bağlı sazişi ratifikasiya edib.

Müəllif: Ayna.az