Hazırkı Prezident Rumen Radev seçicilərin 66.6 faizinin səsini toplayıb
Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə məlumat yayıb. AYNA xarici mediaya istinadən bildirir ki, səsvermə bülletenlərinin 70 faizdən çoxu sayılıb.
Nəticəyə əsasən, səsvermənin ikinci turunda hazırkı Prezident Rumen Radev seçicilərin 66.6 faizinin səsini toplayıb.
Onun rəqibi Anastas Qercikov seçicilərin 32 faizinin etimadını əldə edib. Səs verənlərin 1.47 faizi hər 2 namizədə etimadsızlıq göstərib.