Bolqarıstan limanlarını Rusiya gəmilərinə bağlayır

Dünya

09.03.2022 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Avropa İttifaqı kifayət qədər effektiv iqtisadi blokada qura bildi”

Bolqarıstan öz limanlarını Rusiya gəmiləri üçün bağlayacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Bolqarıstanın nəqliyyat naziri Nikolay Sıbev bildirib.

Nazir qeyd edib ki, bu, Avropa Komissiyası ilə razılaşmadan sonra baş verəcək.

“Nəqliyyat Nazirliyi Bolqarıstan limanlarının Rusiya bayrağı altında üzən gəmilər üçün bağlanmasının mümkünlüyünü təsdiqləyib, çünki biz müharibəni bitirməkdə maraqlıyıq. Avropa İttifaqı kifayət qədər effektiv iqtisadi blokada qura bildi və hesab edirik ki, bu, hazırda ən səmərəli addımdır”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş