BMT taxıl sazişinin faydalarını açıqlayıb

Dünya

07.07.2023 - 22:52

cedabet dərman SEO Xidməti

BMT baş katibinin nümayəndəsi taxıl sazişindən danışıb

“BMT-nin baş katibi Antoniu Quterreşin sözlərinə görə, taxıl müqaviləsi 2022-ci ilin mart ayı ilə müqayisədə ərzaq qiymətlərinin 23% ucuzlaşmasına səbəb olub”.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib.

“Baş katib və onun komandası artıq əldə edilmiş irəliləyişə əsaslanmağa tam sadiqdir və bu istiqamətdə geniş oyunçularla daimi əlaqə saxlayır”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə taxıl sövdələşməsi, əsirlərin mübadiləsi və Ukraynanın NATO üzvlüyündə dəstəyini müzakirə etməyi planlaşdırdığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş