“Sanksiyalar əvvəlki rejimə qarşı tətbiq edilib və bunu tətbiq edən ölkələr məsələyə yenidən baxmalıdır”
BMT Suriyaya qarşı sanksiyalara yenidən baxılması məsələsində beynəlxalq ictimaiyyətlə işləyir. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Dəməşqdə mətbuat konfransında çıxış edən BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen bildirib.
“Biz Suriyanın yeni administrasiyasını dəstəkləmək üçün beynəlxalq ictimaiyyətlə işləyirik”, - deyə qeyd edib.
Pedersenin sözlərinə görə, “sanksiyalar əvvəlki rejimə qarşı tətbiq edilib və bunu tətbiq edən ölkələr məsələyə yenidən baxmalıdır”.
"Mən bu məsələdə bütün tərəflərlə işləyirəm", - xüsusi nümayəndə vurğulayıb.
Eyni zamanda, Pedersen Suriyada hərtərəfli siyasi keçidə gətirib çıxaracaq milli dialoqun aparılmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, “bunun həyata keçirilməsi üçün hələ dəqiq tarixlər yoxdur, lakin hazırlanır”.