BMT Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək

Dünya

27.02.2022 - 21:50

Həkimlər Klinikalar SEO Xidməti

Xüsusi sessiyasının təşkili ilə bağlı prosessual səsvermə keçirəcək

Fevralın 28-də BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamə layihəsinin müzakirəsi üçün xüsusi sessiyasının keçiriləcəyi gözlənilir.

AYNA xəbər verir ki, bir müddət əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasının bazar günü çağırılması üçün sorğu göndərib. İclasın saat 15:00-da (Bakı vaxtı ilə 00:00) başlayağı bildirilib.

Məhz bu iclasda Təhlükəsizlik Şurası Baş Assambleyanın xüsusi sessiyasının təşkili ilə bağlı prosessual səsvermə keçirəcək.

Prosessual səsvermədə qərar qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən doqquzunun səsi tələb olunur ki, bu halda veto etibarlı deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş