“Senat Ukraynaya yardımı təsdiqləməsə, “Pandoran qutusu”nu açmış olacaq"
ABŞ Senatı Ukraynaya yeni yardım paketinin ayrılmasını təsdiqləməsə, bu, “Pandora qutusu”nu açmaq olacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, Vaşinqton Kiyevin uğur qazanmasını, Moskvanın isə uğursuzluğa düçar olmasını təmin etməlidir.
Diplomat əmindir ki, Amerika tərəfi Ukraynaya yardım etməsə, Rusiya cəzasız hərəkət edə biləcək. "Bu, bütün dünyada “Pandora qutusu”nu açmaq anlamı verir. Senatın yardımı təsdiq etməsi İsrail üçün də vacibdir”.
Qeyd edək ki, ABŞ Senatı dekabrın 11-dən gec olmayaraq ABŞ Prezidenti Co Baydenin Ukrayna, İsrail və digər milli təhlükəsizlik məqsədlərinə dair yardım paketi tələbinə səs verməlidir.