“Rusiya NATO ölkələrindən birinə hücum edərsə, bu, ABŞ-ın da iştirak edəcəyi daha böyük münaqişəyə səbəb olacaq”
“Qərb Rusiyanın qarşısını Ukrayna ərazisində almalıdır ki, onun NATO ölkəsinə hücum etmək imkanı olmasın”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
Blinken vurğulayıb ki, Rusiya NATO ölkələrindən birinə hücum edərsə, bu, ABŞ-ın da iştirak edəcəyi daha böyük münaqişəyə səbəb olacaq.
Vaşinqton əmindir ki, Konqres Kiyevə yeni maliyyə yardımı paketini təsdiqləməsə, bundan ilk növbədə Moskva, Tehran və Pekində olanlar faydalanacaq.