Blinken Nyu-Yorkda Mirzoyan və Bayramovla görüşəcək?

Xəbərlər

25.09.2024 - 14:53

cedabet dərman SEO Xidməti

ABŞ İrəvanla Bakı arasında danışıqların “son mərhələsini” keçirmək istəyir

ABŞ dövlət katibi Antoni Blinken sabah Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramovla sülh danışıqlarının “yekun mərhələsini” keçirmək üçün görüşəcək. AYNA xəbər verir ki, bu barədə “Turan” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti hələlik məlumatı şərh etməyib.

Qeyd olunub ki, hazırda Mirzoyan və Bayramov BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün Nyu-Yorkdadır.

“Üçtərəfli formatda gözlənilən görüş son üç ayda ikinci olacaq. Hər iki ölkənin yüksək səviyyəli diplomatları sonuncu dəfə Vaşinqtonda NATO sammiti zamanı görüşüblər. Blinken bu yaxınlarda Ermənistan və Azərbaycan liderləri ilə telefonla ayrı-ayrılıqda danışıb, bundan sonra tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı “alqışlayıb”. Yada salaq ki, İrəvan daha əvvəl Baş nazir Nikol Paşinyanın ağzı ilə Bakını sülh müqaviləsi layihəsinin razılaşdırılmış 13 bəndini imzalamağa, qalan üç razılaşdırılmamış bəndi isə sonraya buraxmağa dəvət etmişdi. Azərbaycan tərəfi bundan imtina edib”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş