"Biz kişilərə rəqib olmaq yox, bərabər hüquq istəyirik"

Cəmiyyət

30.12.2019 - 16:00

Həkimlər Klinikalar SEO Xidməti

İl ərzində orta hesabla qadınlara qarşı 800 zorakılıq faktı olur

 

Az əvvəl Milli Məclisin gündəliyində yenə də məişət zorakılığı ilə bağlı məsələ vardı. Həm də 2010-cu ildə qəbul olunan müvafiq qanuna yenidən baxılması məsələsi də gündəmdədir. Təəssüf ki, ictimaiyyətə tam açıqlanmayan müzakirələrin nəticələri bildirilmir. Bu sahədə bəzi ekspertlər müzakirələrin effektliyinə şübhə ilə yanaşırlar. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin (İB) rəhbəri Mehriban Zeynalova AYNA-ya açıqlamasında belə deyib.

 

“Məlum qanunun icra mexanizmi ilə bağlı millət vəkilləri bəzən QHT-lərlə məsləhətləşməyə getməyə üstünlük vermirlər. Bir neçə dəfə bəzi detallarla bağlı sorğu almışam. Əgər biz nələrəsə nail olmaq istəyiriksə, bir araya gəlməliyik. Əslində, hər qanun qüvvəyə mindikdən 4 il sonra onun icra mexanizmi ilə bağlı ətraflı monitorinq olmalıdır”, - o bildirib.

 

“Məişət zorakılığı haqqında" Qanunda boşluq varmı" sualını cavablayan ekspertin sözlərinə görə, əsas məsələ mühafizə orderi ilə bağlıdır: “Hələ də bu məsələ çözülməyib. İcra hakimiyyətlərində mühafizə orderlərinin verilməsi ilə bağlı problemlər davam edir. Rəsmi statistikada bu say tam göstərilmir. Bir məsələ də vacibdir: burda bizə say yox, mühafizə orderinin verildikdən sonra icrası, sonrakı proses də maraqlı olmalıdır".

Raminə Eyvazqızı