Şagird və valideynləri maraqlı yenilik gözləyir – <font color=red> LİSEYLƏR İSTİSNADIR</font>

Cəmiyyət

20.08.2019 - 19:05

“Artıq hər kəs məktəblini fərqləndirə biləcək, eyni zamanda valideynlər əziyyət çəkmədən geyim formasını ala biləcəklər”

 

Məktəblilər və onların valideynləri üçün şad xəbər var. Belə ki, artıq məktəb dəyişəndə və ya ilin ortasında müxtəlif səbəblərdən bir yerdən başqa yerə köçəndə, şagirdlər gedəcəkləri məktəbin qaydalarına uyğun yeni forma almalı olmayacaqlar. Çünki gələn ildən etibarən vahid məktəbli formasına keçiləcəyi gözlənilir.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin nümayəndəsi Billurə Hacızadə məlumat verib. O deyib ki, vahid məktəbli forması 2020-2021-ci tədris ilindən etibarən tətbiq ediləcək.

Təranə Xudabaxşiyeva