“Ethereum” isə 1,78 faiz bahalaşaraq 3973 dollar olub
ABŞ-ın yeni Prezidenti Donald Trampın ABŞ-da Strateji Neft Ehtiyatına bənzər strateji “bitcoin” ehtiyatı yaratmağı planlaşdırdığını deməsindən sonra “bitcoin”in qiyməti bazar ertəsi rekord həddə qalxaraq 106 min dolları keçib.
AYNA xarici mediaya istinadən bildirir ki, dünyanın ən böyük kriptovalyutası rekord həddə çataraq 106,533 dollara yüksəlib.
“Ethereum” isə 1,78 faiz bahalaşaraq 3973 dollar olub.