Birinci sinifə qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Xəbərlər

02.05.2024 - 16:31

120 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib

Mayın 1-i saat 11:00-dan növbəti tədris ili üçün şagirdlərin I sinfə qeydiyyat prosesinə başlanılıb. Artıq 120 minə yaxın uşaq birinci sinfə qəbul üçün qeydiyyatdan keçib.

AYNA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, 82 minə yaxın şagird isə məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiblər. Bu isə ölkə üzrə I sinfə gedəcək şagirdlərin 70 faizini təşkil edir.

Müəllif: Ayna.az