Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64033 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37483 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7371182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4418214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2952968 təşkil edir.