Bir erməninin etirafları Ermənistanda çaxnaşma yaratdı

Cəmiyyət

07.01.2022 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Erməni müəllif: “Bizimkilər Ağdam və Zəngilana hidrogen bombası atıb?” 

Azərbaycan ərazilərində erməni terroru məğlub Ermənistanın özü tərəfindən artıq etiraf edilməyə başlanılıb.

AYNA xəbər verir ki, erməni müəllif Ruben Vartazaryanın “Bizimkilər Ağdam və Zəngilana hidrogen bombası atıb?” başlıqlı məqaləsi Ermənistan cəmiyyətində ciddi çaxnaşma yaradıb. Məqalədə real faktların göstərilməsi müəllifə qarşı təzyiqlərin artmasına səbəb olub. Rus dilində nəşr olunmuş məqalənin müəllifi haqlı olaraq sual edir. "İşğal olunmuş Azərbaycan ərazilərində heç bir tikili qalmayıb. Evlərin pəncərəsinədək daşınıb. Ağdam adlı ərazi vahidi isə ümumiyyətlə xəritədən silinib. Nə üçün? Olmaya Xirosima faciəsi təkrarlanıb? Ermənilər ora atom bombasımı atıb? Xeyr, bunun bir adı var – talan", - deyə Ruben Vartazaryan qeyd edib.

Erməni müəllif barbar adlandırdığı soydaşlarını Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərə baxmağa da çağırır. Vurğulayır ki, Şuşadakı Qazançı kilsəsi əvvəlki görkəminə uyğun təmir edilir. Müəllif müraciətinin sonunda soruşur: "Yaxşı, bəs biz Qarabağda törətdiyimiz əmələ görə dünyaya nə cavab verəcəyik? Deyəcəyik ki, Azərbaycan ərazisinin 25%-ni tornado məhv edib? Yoxsa monqol hücumuna məruz qalıb? Bəlkə deyəcəksiniz ki, burada, ümumiyyətlə heç nə olmayıb?".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş