Binəqədinin bir hissəsində qaz olmayacaq

Xəbərlər

04.03.2024 - 10:59

Təmirlə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, “Mədən” ərazisinin, “Baksol” yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.

Qeyd olunub ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu” ortatəzyiqli qaz kəmərində qaz təchizatı dayandırılıb.

Müəllif: Ayna.az