Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Binədə 52 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb. Baş Prokurorluqdan AYNA.AZ-a verilən məlumata görə, bu gün saat 08:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir.