Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü ölüb 

Xəbərlər

24.04.2023 - 21:03

cedabet dərman SEO Xidməti

Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada vəfat edib

Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş