Hadisə nəticəsində beş nəfər xəsarət alıb
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı VAZ-2106 və “LADA Priora” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıblar.