"Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinə qarşı qüvvələrini birləşdirməlidir" - XİN

Siyasət

02.04.2024 - 20:16

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: "Minalar dinc insanların həyatına təhlükə yaratmaqda davam edir"

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində bildirib.

"Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır", - XİN-in paylaşımında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş