Beyləqanda avtomobil su kanalına aşıb: 3 nəfər ölüb

Hadisə

26.04.2021 - 17:29

Avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib

 

Beyləqan rayonunda avtomobil su kanalına aşıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Beyləqan rayonunun Şahsevən kəndi ərazisində 1-ci Şahsevən kənd sakini A.Səfərov idarə etdiyi “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşırıb.

 

Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az