Bərdədə ev yanıb

Hadisə

05.05.2024 - 16:42

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az