Piyadaları vuran sürücü hadisə yerindən qaçıb
Bərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən 2000-ci il təvəllüdlü İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib.
Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.