Bərdə, Tərtər və Ağdamda elektrik verilişi kəsilib - FOTO

Xəbərlər

12.04.2022 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib

Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.

 

AYNA xəbər verir ki, Tərtər rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

Hazırda Bərdə, Tərtər və Ağdamda elektrik enerjisi yoxdur.

Bərdə, Tərtər və Ağdamda elektrik verilişi kəsilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş