Belqradda 7-ci sinif şagirdi məktəbdə 9 nəfəri güllələyərək öldürüb

Dünya

03.05.2023 - 15:18

cedabet dərman SEO Xidməti

Ölənlər arasında mühafizəçi və səkkiz şagird var: yaralı məktəblilər və müəllimlər təcili xəstəxanaya yerləşdirilib

Serbiyanın paytaxtı Belqradda 14 yaşlı 7-ci sinif şagirdi məktəbdə silahdan atəş açıb və 9 nəfəri öldürüb. AYNA xarici mediaya istinadən bildirir ki, şagird təhsil müəssisəsinin dəhlizində olanları güllələyib. Ölənlər arasında mühafizəçi və səkkiz şagird var.

Şagirdin silahı tibb işçisi işləyən atasından oğurladığı güman edilir. Ehtimal olunur ki, şagird narkotikin təsiri altında olub.

Xatırladaq ki, hadisə mayın 3-də Vraçar rayonunda baş verib. Hadisədən sonra polis şübhəli şəxsi həbs edib. Onun 14 yaşlı yeddinci sinif şagirdi olduğu ortaya çıxıb. Yaralı məktəblilər və müəllimlər təcili xəstəxanaya yerləşdirilib.

Belqradda 7-ci sinif şagirdi məktəbdə 9 nəfəri güllələyərək öldürüb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş