Bələdiyyə sədri 3000 manat məbləğində cərimələnib

Xəbərlər

12.05.2022 - 18:36

Həkimlər Klinikalar SEO Xidməti

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

AYNA-nın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Qeyd edilib ki, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş