Hadisə Baş nazirin evinin yaxınlığında oğlu ilə velosiped sürərkən baş verib
Belçikanın Baş naziri Aleksandr de Kros velosipeddən yıxılıb. AYNA xarici mediaya istinadən bildirir ki, Baş nazir xəstəxanaya yerləşdirilib.
Hadisə şənbə günü, iyunun 3-də Baş nazirin Şərqi Flandriya əyalətinin Brakel şəhərindəki evinin yaxınlığında oğlu ilə velosiped sürərkən baş verib. Yıxılan zaman siyasətçi başından güclü zərbə alıb və qısa müddət ərzində huşunu itirib.
Baş nazir xəstəxanaya yerləşdirilsə də, həkimlər de Krosun ciddi xəsarət almadığı qənaətinə gəliblər və axşama yaxın onu evə buraxıblar.