Belarus qırıcıları Ukraynaya doğru uçub

Dünya

28.02.2022 - 05:18

Həkimlər Klinikalar SEO Xidməti

Qomel vilayətində qırıcıların havaya qalxmasının videosu çəkilib

Bu saatlarda Belarusdan Ukraynaya doğru qırıcı təyyarələr havaya qalxıb. AYNA “Unian.net”ə istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Rabitə Xidməti məlumat yayıb.

"Belarus qırıcıları hazırda Ukraynaya doğru uçurlar. Qomel vilayətində qırıcıların havaya qalxmasının videosu çəkilib”, - məlumatda qeyd edilib.

Daha əvvəl Müdafiə Strategiyaları Mərkəzi məlumat vermişdi ki, yaxın bir neçə saat ərzində Belarus Təhlükəsizlik Şurasının bu ölkənin Silahlı Qüvvələrinin müharibədə iştirakı ilə bağlı qərar qəbul edəcəyi ehtimalı çox yüksəkdir: “Hücum Rusiya Federasiyası tərəfindən Ukraynaya qarşı həyata keçirilir və Belarus burada iştirakçıdır. Bu, Belarus Silahlı Qüvvələrinin bütün qüvvə və vasitələrinin müdafiə qüvvələrimizə qarşı istifadə edilməsi deməkdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş