BƏƏ F-35 qırıcılarının alınması ilə bağlı danışıqların bərpasından imtina edib

Dünya

15.09.2024 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Sövdələşmənin 2021-ci ildə bağlanmasına mane olan hallar dəyişməz olaraq qalır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) noyabrda keçiriləcək seçkilərdən sonra kimin ABŞ Prezidenti olmasından asılı olmayaraq, F-35 qırıcılarının alınması ilə bağlı danışıqları bərpa edəcəyini gözləmir.

AYNA xəbər verir ki, bu barədə “Reuters” BƏƏ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Anonim yüksək vəzifəli məmur agentliyə müsahibəsində qeyd edib ki, sövdələşmənin 2021-ci ildə bağlanmasına mane olan hallar dəyişməz olaraq qalır. O əlavə edib ki, BƏƏ hökuməti hələlik ABŞ-la müzakirələri davam etdirməyi planlaşdırmır.

“Fikirimiz dəyişməyib və ABŞ-da keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, yaxın gələcəkdə F-35 ilə bağlı danışıqların bərpa olunacağını gözləmirik”, - deyə agentlik rəsminin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, yenidən nəzərdən keçirmək zərurəti texniki tələblər, əməliyyat məhdudiyyətləri və xərc-fayda qiymətləndirmələri ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş