Bayramovla Mirzoyanın Almatı görüşünün tarixi açıqlanıb

Xəbərlər

06.05.2024 - 11:31

Azərbaycan və Ermənistan XİN başçıları mayın 10-da görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

Müəllif: Ayna.az