Baydenin oğlu atasının seçkilərdə iştirakını dəstəkləyib

Dünya

01.07.2024 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Hunter Co Baydenin seçki kampaniyasını davam etdirməsini istəyir

ABŞ Prezidenti Co Baydenin oğlu Hunter atasının seçki kampaniyasını davam etdirməsini və seçkilərdə iştirakını istəyir. AYNA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbəsinə istinadən məlumat yayıb.

"Baydendən geri çəkilmək üçün təzyiqlərə müqavimət göstərməyi xahiş edən ən güclü səslərdən biri Prezidentin məsləhət üçün müraciət etdiyi oğlu Hunter olub", deyə qəzetin mənbəsi bildirib.

O, Hunter Baydenin amerikalıların "büdrəmiş, qocalmış Prezident" deyil, onun tanıdığı atasının versiyasını - "bacarıqlı, faktlara əsaslanan siyasətçini" görməsini istəyir.

Daha əvvəl NYT xəbər vermişdi ki, Amerika liderinin ailəsi siyasətçinin prezident seçkilərində iştirakını davam etdirmək qərarına reaksiya verib. Amerika liderinin ən yaxın qohumları onu dəstəkləyib və ondan seçki kampaniyasını davam etdirməyi xahiş ediblər.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər