Bayden: “Qəzzada atəşkəs razılaşması martın 4-nə qədər əldə edilə bilər”

Dünya

27.02.2024 - 14:52

“Milli təhlükəsizlik müşavirim mənə deyir ki, biz razılaşmağa yaxınıq, amma hələ işimiz bitməyib”

ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzza zolağında İsrail və Fələstinin radikal HƏMAS qruplaşması arasında atəşkəs martın 4-də, gələn həftənin əvvəlində əldə oluna bilər. AYNA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“İnşallah, həftəsonunun sonuna qədər atəşkəs əldə edilə bilər. Milli təhlükəsizlik müşavirim mənə deyir ki, biz razılaşmağa yaxınıq, amma hələ işimiz bitməyib. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər atəşkəs haqqında razılaşma əldə edəcəyik”, - deyə Bayden jurnalistlərə deyib.

Daha əvvəl bildirilmişdi ki, Bayden administrasiyası və ərəb tərəfdaşlarından ibarət kiçik qrup İsrail və Fələstin arasında uzunmüddətli sülh üçün ətraflı, hərtərəfli planı yekunlaşdırır.

Müəllif: Ayna.az