Bayden: "Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq"
ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
AYNA xəbər verir ki, ABŞ rəhbəri təbrik paylaşımını "Twitter" hesabında edib.
“Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, - Bayden sosial şəbəkə hesabında yazıb.