ABŞ Prezidenti: "Mən fərziyyələr irəli sürmək fikrində deyiləm"
ABŞ Prezidenti Co Bayden jurnalistin ABŞ Silahlı Qüvvələrinin əlavə hissələrinin Avropaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualına birbaşa cavab verməkdən yayınıb. Bu barədə AYNA TASS-a istinadən xəbər verir.
"Mən fərziyyələr irəli sürmək fikrində deyiləm", - deyə Bayden vurğulayıb.
Qeyd edək ki, fevralın 3-də Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, ABŞ qoşunlarının Avropaya köçürülməsindən Rusiya çox narahatdır.
Xatırladaq ki, ABŞ administrasiyası yanvarın sonunda Avropa ölkələrinə əlavə 8500 əsgər göndərdiyini açıqlayıb.