Bayden Assancı əfv etməyəcək

Dünya

28.06.2024 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

Ağ Ev rəsmisi: “Xeyr, bu nəzərdən keçirilmir”

ABŞ Prezidenti Co Bayden “Wikileaks”in yaradıcısı Culian Assancı əfv etməyi düşünmür. AYNA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Piyerre deyib.

“Xeyr, bu nəzərdən keçirilmir”, - Ağ Ev rəsmisi jurnalistlərin müvafiq sualını cavablandırıb.

Qeyd edək ki, Assanc bu günlərdə azadlığa buraxılıb.

Müəllif: Ayna.az